|
“Solğun çiçəklər” Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında

Çox da böyük olmayan yaradıcılıq dövründə klassik səviyyəli sənət inciləri yaratmış, istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və keyfiyyətlər gətirmiş görkəmli dramaturq Cəfər Cabbarlının adı, Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın elə bir teatrı yoxdur ki, Cəfər Cabbarlı yaradıcılığına dönə–dönə müraciət etməsin. Şuşa Dövlət Musiqili Dram Teatrı da bu ənənəyə sadiq qalaraq, oktyabrın 9–da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli dramaturqun “Solğun çiçəklər” tamaşası ilə tamaşaçıların görüşünə gələcək.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur.

Tamaşada əsas rolları Rasəf Mehdiyev, Vüsalə Məmmədzadə, Zahid Mehdiyev və başqaları canlandıracaqlar.

Cia.az