|
Nizami Kino Mərkəzində yeni filmlər

Oktyabrın 8–dən etibarən Nizami Kino Mərkəzində “Pen: Netlandiyaya səyahət” və “Marslı” filmlərinin nümayişinə başlanılıb.

Nizami Kino Mərkəzindən bildirilib ki, “Pen: Netlandiyaya səyahət” filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Fantaziya və macəra janrında olan filmin rejissoru Co Rayt, ssenari müəllifi Ceyson Fuksdur.

Film sehrli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib həmişəlik yaddaşlarda Piter Pen adı ilə qalmaqdır. Filmdə baş rollara Xyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkilib.

Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi "Marslı" filmi fantastika və macəra janrındadır. "Ares -3" mars missiyasını yerinə yetirərkən iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə məcbur qalır. Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkilib.

Kinosevərlər filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənə bilərlər. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Cia.az