Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Valeh Babayev və Qadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi keçrilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Babayev 9 il, Qadir Kərimov isə 7 il müddətindən azadlıqdan məhrum ediliblər. Qadir Kərimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumata görə, 2014-cü ilin dekabrında Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevdən saxta əsginaslar götürülüb.
Nəsimi Rayon Polis İdarəsi (RPI) 22-ci polis bölməsi (PB) əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində saxlanılaraq PB-yə aparılıblar. Q.Kərimovdan 250 min rubl saxta əsginas götürülüb.
Aparılmış əməliyyat tədbirləri ilə onların həmin il noyabrın 23-də 28 May küçəsində yerləşən “Standard Bank”a məxsus valyutadəyişmə məntəqəsinə gedərək orada işləyən Fərid Məmmədova 250 min rubl saxta əsginas verməsi və bunun müqabilində 3075 manat alması müəyyən edilib.
V.Babayev və Q.Kərimov Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə ittiham olunublar. Təqsirləndirilənlərdən Qadir Kərimov istintaq dövründə şərti azadlıqda olub.
Cia.az
