|
Xorvatiyada ilin ən yaxşısı müəyyənləşdi

"Barselona"nın futbolçusu İvan Rakitiç Xorvatiyada 2015-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qol.Az-ın "Barselona"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu Xorvatiyanın "Vecernji list" qəzetinin keçirdiyi sorğuda hamını qabaqlayıb.

Xorvatiyalı futbolçu bu mükafata ilk dəfə yiyələnib. Ötən il Xorvatiyanın ən yaxşısı "Real"ın yarımmüdafiəçisi Luka Modriç seçilib.

Qeyd edək ki, Rakitiç "Barselona"nın Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilən ikinci futbolçusu olub. Kataloniya təmsilçisində bu mükafata ilk dəfə 1997-ci ildə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki sahib çıxıb.

Cia.az