|
Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib.
“qırmızı-qaralar”ın dünənki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub. Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun komandası milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. "Qəbələ" oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək. Cia.az
|
