Britaniyanın Müdafiə Nazirliyi Estoniya, Litva və Latviyaya 100-dək əsgəri qüvvə göndəriləcəyini təsdiq edib.
ANS PRESS-in məlumatına görə, daha 25 Britaniya hərbçisi Ukraynadakı təlim məşqlərini davam etdirəcək.
Müdafiə naziri Michael Fallon bildirib ki, Baltik regionuna göndərilən qoşunlar Ukrayna hüdudundan kənarda Rusiya təcavüzünü çəkindərməli və NATO-nin Şərqi Avropa üzrə üzvlərini əmin etməlidir. Brüsseldə, NATO-nun iclasında çıxış edən Fallon həmçinin Suriyada hava kampaniyası aparan Rusiyanı strategiyasını dəyişməyə çağırıb.
Ümumiyyətlə, NATO-nun bu görüşündə əsas müzakirə mövzusunun Risiyanın Suriya münaqişəsinə hərbi müdaxiləsi məsələsi olacağı gözlənilirdi. Britaniyanın Ukraynadakı 19 təlim komandası 8 məşq düşərgəsində Ukrayna Silahlı Qüvvələrinin 1600-dək əsgərini təlimləndirib.

Michael Fallon ötən avqust ayında Ukrayna qoşunlarına təlim keçən Britaniya əsgərlərinə baş çəkib.
Bu ilin sonlarınadək daha 2000 Ukrayna əsgərinə təlim keçilməsi planlaşdırılıb. Təhlilçilər bildirirlər ki, Britaniya hərbiyyəsinin Baltik regionundakı mövcudiyyəti daimi yox, davamlı olacaq. NATO ölkələri Rusiyanın Ukraynada separatçıları dəstəkləməsini və Suriyadakı bombardman kampaniyasını tənqid ediblər.
2014-cü ildə regionda Britaniyanın Typhoon təyyarələri yerləşdirilib.
"Britaniya kontingentinin Baltikyanı ölkələrə yerləşdirilməsi uydurma bəhanə ilə həyata keçirilir və Rusiya tərəfindən cavabsız qoyulmayacaq", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
"İddia edilən Rusiya təhlükəsi barədə səsləndirilmiş uydurma bəhanə yəgin ki, sərhədlərimizə doğru NATO-nun daha da genişlənməsi planlarını pərdələyən kamuflyajdır", - Dmitri Peskov jurnalistlərə bildirib.
NATO Rusiya ilə bundan əvvəl bağlanmış sazişləri pozaraq Baltikada yeni bazalar yaratmaq istəmir.

Bununla belə, Britaniyanın Rusiyadakı keçmiş səfiri lord Andrew Wood düşünür ki, Londonun Baltikaya qoşun göndərməsi Vladimir Putin tərəfindən təxribat kimi qiymətləndiriləcək. Rusiyanın Suriyaya müdaxiləsi məsələsinə gəlincə isə, Fallon deyib ki, Moskva oradakı çox ciddi vəziyyəti daha da təhlükəli edib. Fallon Rusiyanı prezident Əsədi gücləndirməkdən çəkinməyə çağırıb.
Cia.az
