|
“Qanlı Yanvar” daha bir beynəlxalq festivalda -

Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi növbəti Beynəlxalq film festivalına dəvət alıb.
Bu dəfə filmin adı Braziliyada hər il keçirilən 39-cu “Mostra” - San-Paolo Beynəlxalq Kinofestivalında nümayiş olunacaq filmlər siyahısına daxil edilib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda ”Qanlı Yanvar” filminin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafa Yevə festivalın direktoru Renata de Almeydə tərəfindən ünvanlanan dəvət məktubunda deyilir.

Məktubda "Qanlı Yanvar" bədii filminin festival rəhbərliyi tərəfindən böyük maraqla qarşılandığı bildirilir.

Azərbaycanlı kinorejisyorun filmi Festivalın “Beynəlxalq Üfüqlər” müsabiqə bölməsində, Latın Amerikası və Brazilya premyerası statusunda iştirak edəcək.

1977 ci ildən keçirilən San Paulo film festivalı Braziliyanın ən böyük film festivallarındandır. Bu il 39 -cu dəfə baş tutacaq festival oktyabrın 22-dən noyabrın 4 qədər davam edəcək. Hər il keçirilən Beynəlxalq festivalda dünyanın dörd bir tərəfindən 300-dək film nümayiş olunur. Azərbaycan bu festivalda ilk dəfədir ki, iştirak edir. 

Daha əvvəl Azərbaycanın “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birindən - Monreal film festivalında nümayiş olunub. Monrealda film festivalın xüsusi diplomuna layiq görülüb.

"Qanlı Yanvar" filminin çəkilişləri 2014-cü ilin oktyabrında start götürüb. Film üzərində kinorejissor Vahid Mustafa Yevlə birgə ABŞ, Rusiya, İran və Türkiyədən olan beynəlxalq aktyor truppası və texniki komanda çalışıb.

Nebahət Çehrə və Lenn Deyvis kimi dünya məşhurlarının rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.

Cia.az