Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi hava zərbələrinin böyük əksəriyyəti İŞİD-ə qarşı deyil, loyal Suriya müxalifətinə qarşı yönəldilib.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi mətbuat konfransında çıxış edib.
“Gördüyümüz zərbələrin 90%-i İŞİD və “Əl-Qaidə”yə yönəlməyib. Onların əksər çoxluğu Suriya üçün yaxşı gələcək istəyən və Əsəd rejimini Suriyanın başında görmək istəməyən loyal müxalifət qruplarına edndirilib” – deyə Kirbi bildirib.
Kirbi qeyd edib ki, ABŞ Suriya əməliyyatını “Rusiyanın səhvi” sayır.
Cia.az
