Avropa Şurasının baş katibi Turbern Yaqlandın insan haqları üzrə Azərbaycanla birgə işçi qrupundan çıxdığına dair dünən yayılan bəyanatına cavab olaraq İşçi Qrupunun təcili bəyanatı yayılacaq.
Bu barədə virtualaz.org saytına İşçi Qrupundan məlum olub. İşçi Qrupu vətəndaş cəmiyyəti təmsilçiləri və Azərbaycanın dövlət orqanlarının nümayəndələrindən təşkil olunub.
Turbern Yaqland oktyabrın 7-də bəyan edib ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair irəliləyiş olmadığına görə İşçi Qrupunu tərk edir və qərarı barədə prezident İlham Əliyevi məlumatlandırıb.
Cia.az
