İsrailin baş naziri Benyamin Netanyahu nazirlərə, Knessetin deputatlarına Əl-Əqsa məscidinə giriş qadağası qoyan sərəncam imzalayıb.
Avropa.info xəbər verir ki, qərarın Qüdsdəki son hadisələrlə bağlı qəbul olunduğu bildirilir. İsrail polisindən bəzi mənbələr bildirirlər ki, bu məzmunda tapşırıq almayıblar.
Öz növbəsində HƏMAS-ın mətbuat katibi Sami Əbu Zuhri bəyan edib ki, Netanyahunun qərarı heç bir məna kəsb etmir. Belə ki, qadağanı Qüdsdəki yəhudi sakinlərə qoymaq lazımdır. Əbu Zuhri məscidin yəhudiləşdirilməsinin qarşını almağı və bütün müsəlmanların Əl-Əqsaya sərbəst girişinin təmin edilməsinə tələb edib.
Cia.az
