Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti “Svit Haus” Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.
Departament MMC-nin siyahıya alınmış əmlakının satılması tələbini irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, “Svit Haus” çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. Şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir.
Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.
Cia.az
