|
Evdə özü-özünü bıçaqladı

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. 

Bakı şəhər sakini Rəşad İmanov yaşadığı evdə özü-özünə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Rəşad İmanov ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Cia.az