|
Hadisə Cem Yılmazın evindən çıxdı

Müğənni Hadisə kirayə qaldığı aktyor Cem Yılmaza məxsus evdən çıxıb.
Dolların qalxması ilə Hadisə məbləğin çoxluğundan şikayət edərək yeni ev axtarmağa başlayıb. Hadisə həmin evi 2012-ci 
ildə 5 min dollara kirayəyə götürüb.
Müğənni hazırda həmin istiqamətlərdə türk lirəsi ilə kirayə verilən ev axtarır. 

Qeyd edək ki, C.Yılmaz Ahu Yağtu ilə boşananda evi 2 yaşlı oğlu Kamala hədiyyə etmişdi. O, böyüyənə qədər evin istifadəsindən anası cavabdeh idi. Hadisə isə "bu evə çoxlu pul xərcləmişəm, qovsalar da getmərəm" demişdi.

Cia.az