|
ABŞ Dövlət Departamentinin sözçüsü Suriya ilə Rusiyanı səhv salıb
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya ilə Suriyanı səhv salıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, anlaşılmazlıq jurnalistlər üçün keçirilən gündəlik brifinqdə baş verib.
 
“İŞİD-ə qarşı hərbi əməliyyat davam etdiriləcək və səngimək bilməyəcək. Ən əsası isə - Rusiyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, C.Kirbi deyib.
 
Jurnalistlərin təəccübləndiyini görən C.Kirbi “Mən nə dedim ki?” sualını verib. Anlaşılmazlıq aradan qaldırdıqdan sonra C.Kirbi sözlərinin yanlış olduğunun qeyd olunmasını xahiş edib. 
Cia.az