|
Bakıda VI Avropa Film Festivalı keçiriləcək

Bakıda VI Avropa Film Festivalına hazırlıq işləri gedir.

Bu barədə mətbuata müsahibəsində “ Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deyib.

Bildirilib ki, festivalın açılışının oktyabrın 29-da keçirilməsi nəzərdə tutulub. 16 ölkə ilə razılığın əldə olunduğu festivalın proqramına Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılır.

Festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq filmlərin adları yaxın günlərdə müəyyənləşəcək.

Cia.az