Bu gün 63 yaşı tamam olan Rusiya prezidenti Vladimir Putin ad gününü ailəsi ilə deyil, buz meydançasında keçirib.
Cia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı Soçidə xokkey maçında iştirak edib. “Şayba” arenasına çıxan Putin peşəkar idmançıların komandasında yarışıb. O, “11” nömrə altında çıxış edib.
Azarkeşlər isə tribunalardan “Ad günün mübarək!” qışqıraraq prezidentə dəstək olublar. 
Cia.az
