Lotereyada uduş kiminə görə adicə ümid, kiminə görə isə həyat məqsədidir. Hər birimiz heç olmasa, bir dəfə bilet alıb, böyük məbləğdə pul udmaq arzulayırıq. Çoxları yolboyu siyahı tutur və bu siahıya çoxlu pullar sərf edir. Buna baxmayaraq, hamı başa düşür ki, uduşa ümid çox azdır.
Ancaq buna baxmayaraq, hamı bilir ki, əgər udarsa, o pulları hara və necə xərcləyəcək. Hələ udulmayan pulları biz xəyalımızda bahalı maşınlara, böyük villalara xərcləyirik. Sizə qəribə gələcək, ancaq elə insanlar var ki, udulan pulların heç vaxt tükənməyəcəyini düşünür. Bəzən elələri də olur ki, udulan pulları qısa bir zamada xərcləyir.
Musavat.com sizə həmin insanları sizə təqdim edir:
1. Uduşlu biletin atılması
Öz uduş biletlərini itirən insanlar haqqında hamı eşidib. Onların çoxu biləndə ki, böyük məbləğdə pul udublar, onda nəinki zibil qablarını eşirlər, hətta bileti tapmaq üçün xüsusi xəfiyyələr (dedektivlər) də tuturlar. Bir çoxlarının bəxti gətirir, biletlərini tapırlar və onlar öz pullarını ala bilirlər. Bəziləri də öz uduşlarını tullayırlar.
Beləsinə misal olaraq, Mersisaydan olan mühəndis Yan Qaltressi göstərmək olar. Belə ki, o, hər həftə özünə və sevgilisinə bilet alır. Nədənsə bu dəfə biletlərin oynamasını gözləməyərək, öz biletini tullayır. Televizorda xoşbəxt nömrələri gördükdə başa düşür ki, uduşlu bilet onun tulladığı biletdir. O, nə qədər çalışsa da, tulladığı bileti tapa bilmir.
_61.jpg)
2. Etibar edib, uduşu itirdi
Hər bir kəs bilir ki, uduşlu bileti heç bir kəsə etibar etmək olmaz. Buna baxmayaraq, 18 il fasiləsiz lotereya oynayan Etta May Urkvart uduş emosiyalarına qapılaraq, miyonu almağı öz oğlundan xahiş edir.
Oğul isə lotereya kompaniyasının ofisinə gələrək, biletin ona məxsus olduğunu bildirib. Bununla da o ,bütün pulları mənimsəyib. Etta Urkvart oğlunu məhkəməyə versə də, o, uduzub. Çünki o, bileti adi mağazadan aldığı üçün alıcı haqda məlumatlar qeyd olmayıb.
_43.jpg)
3. Pulları "Haute Couture" xərcləyənlər...
Dünyanın ən qəribə məxluqu qadınlardır. Ancaq onlar böyük pulları bahalı və gözəl paltarlara xərcləyər, sonra da heç bir dəfə də olsun, onlardan istifadə etməzlər. Vivian Nikosun adlı Böyük Britaniyadan olan qadın 1961-ci ildə lotereyada böyük məbləğdə pul udur. Kim deyə bilərdi ki, cəmi 4 ildən sonra o, özünü müflis elan edəcək.
Bu qadın qısa vaxt ərzində öz pullarını tanınmış modalar evindən olan paltarların kolleksiyasına sərf edib. Onun ağlına belə gəlməyib ki, pulun müəyyən hissəsini öz gələcəyi naminə yatırsın. Qadın müflis olduqdan sonra qısa bir müddətdə dostları və sevgililəri ondan üz döndəriblər. O, 5 dəfə ərə gedibmiş.
4. Xəsislik naminə hiyləgərlik...
2010-cu ildə “Ameriko Lopes” tikinti şirkətinin fəhləsi lotererya oyununda böyük məbləğdə pul udub. O, uduşdan dərhal sonra çətin əməliyyat keçirəcəyini bəhanə edərək, işdən çıxır. Heç kəs onun bu hərəkətindən şübhələnmir.
Ancaq bir müddətdən sonra onun iş yoldaşları onu məhkəməyə veriblər. Sonradan məlum olub ki, alınan uduşlu bilet işçilər arasında yığılan pul ilə alınıb. Məhkəmənin qərarı ilə udulan pullar onun iş yoldaşları arasında bərabər bölünüb.
_21.jpg)
5. Bütün pullar kazinoda uduzuldu
Sent-Luicdan olan köhnə parik mağazasının sahibəsi 1993-cü ildə lotereyada 18 milyon dollar pul udur. Əvvəllər o, xeyriyə işləri ilə məşğul olmağa başlayıb.
Sonradan isə kazinoda şans oyunlarına maraq göstərməyə başlayıb. Onu hətta qisa müddət ərzində pulunun ⅔ hissəsini uduzması da dayandırmadı. Axı, o, 18 milyon dollar dəyərində pul udub.
6. İqtisadiyyatın qəribəliyi...
Amanda Kleyton bir milyon dollar udub. Bu, onun üçün böyük miqdarda pul idi. Çünki bu qadın işsizlikdən sosial yardım alırdı. O, böyük məbləğdə pul udduqda belə, dövlətin köməyindən imtina etməyib və sosial yardım almaqda davam edib.
Qadının böyük məbləğdə pul udduğunu bilən vergi xidməti onu dələduzluqda ittiham edib. İş məhkəməyə qədər gəlib. Qadın 5 il müddətinə azadlıqdan məhrum edilib və dövlətə dəyən zərərin ödənilməsi tələb olunub. Qadın həbsxanada miqdardan artıq narkotik qəbul etdiyinə görə dünyasını dəyişib.
_15.jpg)
7. Bütün pulları necə havaya sovurmaq olar?
İngilis Maykl Kevroll 2002-ci ildə cek-pot udduqdan sonra çox az müddətdə bütün ölkədə tanındı. O, istədiyi kimi həyat sürməyə başladı. Maykl milyonerlərə xas olan bahalı evlər və maşınlar almağa başladı. Lakin o, alınan bütün əşyaları çox qəribə bir məqsəd üçün alırdı. Maykl öz dostları və tanışlarını bir yerə yığaraq, onlara qəribə şou göstərərdi. O, aldığı bahalı maşınları və mebelləri hamının gözünün qabağında məhv edərdi.
Cia.az

