Bu il Azərbaycanda ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirilməsinə nail ola biləcəyik.
SalamNews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini İlqar Rəhimov parlamentdə keçirilən "Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi" layihəsinin müzakirəsi zamanı söyləyib.
İ.Rəhimov bildirib ki, əgər 2006-cı ildə ehtiyac meyarı 58 manat idisə, indi 105 manata qədər qaldırılıb: "Bu meyar gələn il üçün 2015-ci illə müqayisədə sabit saxlanılıb. Hazırda yaşayış minimumunda ehtiyac meyarı 80 faizə qədərdir. Bu proses göstərir ki, gələcəkdə bu göstəricilərin bərabərləşdirilməsinə nail ola bilərik.
Nazir müavini qeyd edib ki, hazırda ünvanlı sosial yardım alanların sayı 112 minə yaxındır: "Bu da bu sistemin tətbiq olunduğu vaxtdan indiyədək 2 dəfədən çox artım deməkdir. Əgər 2006-ci ildə hər ailəyə 44 manat ödənilirdisə, hazırda bu məbləğ 145 manata çatdırılıb.
Cia.az
