|
Deputat Sərkisyanın qardaşının 50 faizindən danışdı:

“Ermənistan hökumətinin nümayəndələri parlamentin tribunasından iqtisadiyyatın inkişafı haqda danışanda onlara veriləsi ilk sual budur: “Ermənistanda guya iqtisadiyyat var?””

Bu sözləri Ermənistan parlamentindəki çıxışında müxalif deputat Nikol Paşinyan deyib.

O bildirib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri cəmi 2,7 milyard dollar olub. Az qala bu qədər vəsait isə Ermənistanda xaricdəki qohumlarından daxil olur.

“Bunlar fərqli məsələlər deyil. Büdcənin gəlirləri sadəcə olaraq Ermənistana transfer edilən pulların dövriyyəsindən formalaşır”- deyə Paşinyan bildirib.

Nikol Paşinyan

Deputatın dediyinə görə, Ermənistan əhalisi xaricdən daxil olmuş pullar hesabına alış-veriş edir, nəticədə büdcəyə vergi daxil olur. Ona görə də Ermənistan iqtisadiyyatı hökumətin qərarlarından asılı deyil.

“İstəyirsən şəkər tozu al, istəyirsən banan, pullar həmişə eyni cibə gedəcək. Bu oliqarxlar hamısı Serj Sərkisyanla sıx bağlıdır. O vaxta qədər ki Ermənistanda hər qəpiyi öz nəzarəti altına almaq istəyən hakimiyyət olacaq, azad sahibkarlıqdan danışmağa dəyməz. Ermənistanda isə ən məşhur faiz prezidentin qardaşı Saşik Sərkisyana aiddir - 50 faiz”- deyə Paşinyan bildirib.

Ermənistanda prezidentin qardaşı özəl biznesə onların gəlirlərinin 50 faizinin əvəzində “krışalıq” edir və bu, bütün ölkəyə məlumdur. Bu yaxınlarda Bakıya qaçan erməni müxalif fəal Vahan Martirosyan da “Saşik və 50 faiz” haqda danışmışdı.

Cia.az