|
Turistləri daşıyan qayıq batdı

Tailandda türk turistlərinin mindiyi qayıq batıb.

ANS PRESS-in məlumatına görə, Tailandın tətil şəhərlərindən biri kimi məşhur olan Pattayada içərisində 8 nəfər türkiyəli turstin olduğu motorlu qayıq qəzaya uğrayıb.

Hadisə Pattaya sahilində baş verib. “JaiJai” adlı motorlu qayıqda olan turistlər sahilə yaxınlaşarkən qayığa su dolub, bunu görən turistlər xilasedici dairələri götürüblər. Sahildə olan təhlükəsizlik işçiləri də dərhal onların köməyinə çatıb.

Xilasedicilərin köməyi ilə turistlər sahilə çıxarılıb. Sağ-salamat qurtulan turistlərdən sadəcə biri yüngül xəsarət alıb