Bakıda oğurluq hadisəsi olub. 1983-cü il təvəllüdlü Röya Hacıyeva polisə müraciət edərək pulunun, qızıl üzüyünün və mobil telefonunun oğurlandığını deyib.
Hadisədə diqqəti çəkən məqam isə oğurluğu edən şəxsin Röya Hacıyevanın xidmətçi kimi çalışdığı evin sahibinin olmasıdır. Çox vaxt xidmətçinin çalışdığı evdə oğurluq etməsi ilə bağlı xəbərlər eşidirik. Bu dəfə isə əksinə olub.
Musavat.com xəbər verir ki, Abşeron rayon sakini olan R.Hacıyeva polisə müraciətində bildirib ki, Binəqədi qəsəbəsi “Yeni yaşayış massivi”ndə yerləşən evlərdən birində təmizlik işləri apararkən əl çantasından 150 manat pul, qızıl üzüyü və mobil telefonu oğurlanıb.
R.Hacıyeva polisə müraciətində oğurluğu ev sahibi Mömin adlı şəxsin etdiyini deyib.
Cia.az
