|
AKP-nin ikinci adamına ağır itki

Türkiyədə AKP-nin (Hakim Əsdalət və İnkişaf Partiyası) sədr müavinin ailəsində ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Mehmet Əli Şahinin həyat yoldaşı Saniyə Şahin vəfat edib.

Saniyə Şahinin bir müddətdir Ankara “Hacettepe” universitetinin xəstəxanasında müalicə olunduğu və burda vəfat etdiyi bildirilir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu xəstəxanaya gedərək Mehmet Əli Şahinə başsağlığı verib.

Saniyə Şahin bu gün cümə namazından sonra qılınacaq cənazə namazından sonra Karabük vilayəti Ovacık rayonunun Ekincik kəndində dəfn olunacaq.