|
Evə maskalı basqın -
"Dedim ki, hamısını verirəm, ərimi öldürmə"
Hadisə  gecə Masallı rayonunun  Binə Xocavar kəndində qeydə alınıb. Kənd sakinləri 80 yaşlı Yasər və Rübabə Məmmədovların yaşadıqları evə daxil olan 3 maskalı şəxs ,ev sahiblərinin əl qolunu bağlayaraq, evdəki  pulu və  qızılı tələb ediblər.
 
Yasər kişi maskalıların  yaşına və  xəstəliyinə  acımadan onu amansız şəkildə döydüyünü və evdəki pulu vermələrini tələb etdiyini deyir. Evi ələk vələk edən oğruların əlinə bir şey gəlməyəndə qoca qadının üstündəki zinət əşyalarına əl atıblar.   
 
Rübabə Məmmədova - zərərçəkən: "Sepimi qırmaq istəyirdi, dedim ki, aç, qırma. Sırğalarımı çıxartdı. Dedim ki, könüllü verirəm hamısını, ananın südü kimi halal olsun, ancaq ərimi öldürmə. Sonra boynuma, üzümə bərkdən vurdu, indi də damarlarım ağrıyır"
 
Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırmalara başlansa da hələlik saxlanılan yoxdur. 
 
 

Cia.az