|
Azis yenə Bakıya gəlir

Bolqarıstanın məşhur müğənnisi Azis yenidən Bakının qonağı olacaq.

Cia.az-ın məlumatına görə, konsert haqda açıqlama verən təşkilatçı Samir Xəttab bildirib ki, bolqar popçu dekabrın 19- da Bakıda səhnəyə çıxacaq:

“Elektra Events Hallda baş tutacaq konsert daha möhtəşəm, qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Tamaşaçıları konsertin sonuna kimi möhtəşəm şou gözləyir. Biletin qiyməti isə 20-150 AZN arasındadır. 
Qeyd edək Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət müzakirələr səbəb olub.

Cia.az