Qəbələ rayon sakini Hətəmov Ramil Əhməd oğlu itkin düşüb. Bu barədə həmin şəxsin ailəsi və dostları məlumat verilib.
Onların sözlərinə görə, 31 yaşlı Ramil Hətəmov oktyabr ayının 1-də günorta saatlarında telefon düzəltdirmək, bankomatdan pul çəkmək adı ilə Qəbələ rayonunun Soltannuxa kəndində evdən çıxıb və bir daha qayıtmayıb.
Şəxsin heç bir əqli və ya psixoloji problemi olmayıb. Evdən çıxarkən əynində göy cins şalvar, dama-dama köynək, ayağında da qara ayaqqabı olub.
Görənlərdən xahiş olunur ki, aşağıdakı nömrələrlə əlaqə saxlasınlar.
(055) 203 09 20; (055) 207 22 63; (050) 373 66 25

Cia.az
