|
Rusiyada adam öldürən azərbaycanlıya cəza istənildi

Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində Rusiya Fedarasiyasında qətl törətməkdə təqsirli bilinən İxtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İ.Rüstəmovun 12 il müddətinə azadlıqdan məhrum olmasını istəyib.

Təqsirləndirilənin vəkili çıxış etmək üçün vaxt istəyib, məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2002-ci ildə Rusiya Fedarasiyasının paytaxtı Moskvada baş verib. Ixtiyar Rüstəmov münaqişə zəmmində qətl törədib və hadisə yerindən qaça bilib. O, Azərbaycana gəlib. 2012-ci ildə Rusiyada qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulub. Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhərinin Şimal-Şərq İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federtasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İxtiyar Rüstəmov tutulub.

Cia.az