|
Çinin Milli Neft-Qaz Korporasiyası Azərbaycan bazarına girdi

"China Petroleum Technology and Development Corporation" (CPTDC) Azərbaycanda nümayəndəlik açıb.

APA-nın xəbərinə görə, korporasiyanın nümayəndəliyi sentyabr ayının 23-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.

Şirkətin qanuni təmsilçisi Ouyang Lingyun adlı şəxsdir.

1987-ci ildə yaradılan CPTDC Çinin milli neft-qaz korporasiyasının (CNPC) törəmə şirkətidir.

Cia.az