Model Simge Tərtəmiz modelyer Yusuf Alpın payız-qış kolleksiyasının nümayişində iştirak edib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model podiuma pambıqdan hazırlanmış geyimdə çıxıb. İki hissədən ibarət olan libasın üst hissəsi bənövşəyi daşlarla dizayn edilib. Bu isə pambığın toxumlarını simvolizə edib. Yusufun “Ağ nağıl” adını verdiyi libas zalda əyləşənlər tərəfindən çox bəyənilib.
Geyimə görə modelyerə təşəkkür edən Simge “Bu paltara heyran oldum. Ağappaq pambıq içində idim. Gələcək həyat yoldaşımı məni pambıqlara qərq etdiyinin xəyalını qurdum” deyib.

Cia.az
