|
"Uşağım olsun istəyirəm"
Müğənni Sinan Akçıl qonağı olduğu radio verilişində arzularını dilə gətirib. 
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model-aparıcı Ebru Şallı ilə münasibətdə olan ifaçı ata olmaq istədiyini deyib. O hətta oğlunun dünyaya gəlməsini arzuladığını və ona “Sinan” adını qoyacağını bildirib: 

“Uşağım olsun istəyirəm. Bəlkə 3, 5, hətta 10 il sonra bu olacaq. Adını da “Sinan” qoyacağam. “Sinan Akçıl” adı davam etsin. Bu, mənə nənəmin vəsiyyətidir”.
Cia.az