Müğənni Gülbən Ərgən 5 illik fasilədən sonra yeni albom hazırlıqlarına başlayıb.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu səbəbdən imicini dəyişib. “Kalbimi koydum” adlı albomu üçün kamera qarşısına keçən Gülbən yeni görünüşü ilə hər kəsi təəccübləndirib. O, reper imicində olub. Qolsuz kofta, idman ayaqqabıları və qızılı əlcəkləri ilə poz verən G.Ərgən albomunu oktyabrın 19-da təqdim edəcək.
Qeyd edək ki, müğənni yeni biznesə də başlayıb. O, bundan sonra qida sektorunda da fəaliyyət göstərəcək. Gülbənin şirkəti təbii məhsullardan hazırlanmış yeməklərlə böyük şirkətlərə xidmət edəcək.

Cia.az