|
Avstriya - Azərbaycan:

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya - Azərbaycan matçına hakim təyinatları müəyyənləşib.

Cia.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı islandiyalı Qunnar Yarl Yonsson idarə edəcək. Ona Qunnar Qunnarson, Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim funksiyasını Torvaldur Arnason yerinə yetirəcək.

Qeyd edək ki,  Avstriya - Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək.

Cia.az