Oktyabrın 4-də ABŞ-da Kolorado ştatının Denver şəhərində beynəlxalq festival keçirilib.
Cia.az armenpress.am-a istinadən bildirir ki, Denverlə qardaşlaşmış şəhərlərə həsr olunmuş və 10-a yaxın ölkənin təmsil olunduğu tədbirdə Qarabağdakı separatçı rejimin nümayəndələri də iştirak ediblər.
“DQR” üçün festivalda xüsusi pavilyon da ayrılıb. Separatçıların nümayəndələri orada müxtəlif suvenirlər, şəkillər, kitablar və konditer məmulatlarını nümayiş etdiriblər.
Cia.az
