|
3 min terrorçu Suriyadan qaçıb
Rusiyanın Suriyada hava hücumları təşkil etməsindən sonra 3 min terrorçunun qaçdığı iddia edilib. 
Bu barədə məlumat “RİA” agentliyində yer alıb. 
Agentlik hərbi qaynaqlara istinadən bildirir ki, qaçan şəxslər Ürdün şəhərinə sığınıb. 
 
“Russia Today” qəzetində yer alan xəbərdə isə hərbi qaynaq bildirib ki,  “Döyüşçülər Suriya ordusunun bütün cəbhələrdə mübarizəyə başlamasından və Rusiyanın hava hücumlarından qorxurlar”.
Cia.az