|
ABŞ İŞİD-ə qarşı böyük bir əməliyyata hazırlaşır

"New York Times" qəzeti, ABŞ-ın İŞİD-in mərkəzi olan Rakkayı hədəf alan böyük bir əməliyyat hazırlığında olduğunu yazıb.

 ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya, Rakkayı əhatə etməyə hazırlaşır. Plana görə, İncirlikdən qalxan koalisiya təyyarələri, 20 min kürd müxalif və 3 ilə 5 min arasında ərəb döyüşçüyə dəstək verəcək. 
Bununla da, Türkiyənin "Təhlükəsiz region" adlandırdığı "Azez" ilə "Cerablus" arasındakı hissənin İŞİD-dən alınaraq, suriyalı müxaliflərə verilməsi planlaşdırılır. Plan uğurlu olarsa, növbəti hədəf Rakka olacaq. Şəhərin yollarının kəsilməsi, ancaq şəhərə birbaşa müdaxilə edilməməsi planlaşdırılır. 
 
Məlumatda, Barak Obamanın qarşıdakı həftələrdə əməliyyatlara başlamaq üçün iki mühüm addımı təsdiq etdiyini bildirib. Qəzetin xəbərinə görə, Obama Suriyada döyüşən müxaliflərə birbaşa hərbi texnika və silah verilməsi üçün ilk dəfə Pentaqona göstəriş verib.
 
Obama, Türkiyədəki İncirlik bazasından qalxan təyyarələrin hava hücumlarını artırmasını da istəyir. Ancaq, İncirlik bazasının qabiliyyətinin inkişaf etdirilməsi məsələsi də müzakirə edilir. Qəzet, ərəb döyüşçülərin iştirakının, Türkiyənin bölgədəki kürdlərin çox təsirli olması istiqamətindəki narahatlığını azaltdığını da yazıb.
 
ABŞ rəsmiləri yeni əməliyyatın Rusiyanın Suriyadakı əməliyyatlarından əvvəl planlaşdırdığını və rus bombardmanların plana mane olmayacağını da vurğulayıb. 
Cia.az