|
"Tarix yazmağa davam edəcəm" – İbrahimoviç

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yeni rekord yazmaqla klub tarixinə keçməsi ilə bağlı danışıb.

Cia.Az-ın məlumatına görə, isveçli futbolçu klubun rəsmi saytına açıqlamasında tarix yazmağa davam edəcəyini bildirib:

"Özümü mükəmməl hiss edirəm. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Gələcəkdə nə olacağını bilmirəm, ancaq PSJ-də çox yaxşı nöqtəyə gəlmişəm. Bundan sonra da tarix yazmağa davam edəcəm".

Qeyd edək ki, "Marsel"lə görüşdə dubl edən İbrahimoviç klub tarixinin ən məhsuldar futbolçusu olub. 

Cia.az