|
"Liverpul" Rodcersə 7 milyon ödəyəcək

"Liverpul" istefaya göndərdiyi sabiq baş məşqçisi Brendan Rodcersə 7 milyon funt sterlinq təzminat ödəyəcək.

Cia.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 42 yaşlı mütəxəssis İngiltərə klubu ilə daha 3 illik müqaviləsi olduğu üçün ona bu məbləğ veriləcək.

Qeyd edək ki, B.Rodcers dünən istefaya göndərilib.

Cia.az