Oreqonda yaşanan silahlı insident Birləşmiş Ştatlarda silah satışına məhdudiyyət məsələsini yenidən gündəmə gətirib. Prezident Bark Obama Amerikada silahlı zorakılıqlarının adi hala gəldiyini deyərək, Konqresə qarşı kinayəli ifadələr də işlədib. ABŞ prezidenti bildirib ki, ölkəzdə qətl statistikası, silahlı zorakılıqların sayı digər ölkələrlə müqayisədə çoxdur. Silah əldə etmək asan olmasa, ölüm halları bu qədər çox olmaz- Ağ ev rəsmisi belə deyib.
ANS PRESS "Həqiqətənmi silah almaq bu qədər asandır"? sualına cavab axtarıb. Ölkə konstitusiyası, yalnız avtomat silahların satışına qadağa qoyur. Əməkdaşımız Vriginya ştatında silah mağazasında silah almağın nə qədər asan olduğuna şahidlik edib. Əgər heç bir cinayətin yoxdursa və sənədlərin qaydasındadırsa 15 dəqiqə ərzində istənilən silaha sahib ola bilərsən.

Cia.az
