|
"Çalıkuşu"nun aktrisası yenidən ekrana dönür -

Bir vaxtlar "Çalıkuşu"ndakı Munise obrazı ilə yadda qalan Mine Çayıroğlu dünən bacısının doğum günündə olub.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, uzun müddətdir ekranlarda olmayan aktrisa jurnalistlərin suallarını da cavablandırıb:

"Bu mövsüm gələn film təkliflərini dəyərləndirəcəyəm. Rola o qədər əhəmiyyət vermirəm. Əsas heyət və ssenari gözəl olsun. Hansı rolu versələr, oynayaram".

Qeyd edək ki, sonuncu dəfə "İffet" və "İşler Güçler" seriallarından görünən M.Çayıroğlu müğənnilik də edir.



 
Cia.az