|
"Liverpul" baş məşqçisini istefaya göndərdi

"Liverpul" baş məşqçisi Brendan Rodcerslə yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  İngiltərə Premyer Liqasında bu gün keçirilən "Everton"la matçdan (1:1) sonra B.Rodcesrlə müqavilənin ləğv edilməsi barədə qərar verilib.

Qeyd edək ki, B.Rodcers 2012-ci ildən "Liverpul"da çalışırdı.

Əlavə edək ki, "Liverpul" ölkə çempionatında 8 turdan sonra 12 xalla 10-cu pillədə qərarlaşıb.

Cia.az