|
İbrahimoviç 110-cu qolunu vurdu və PSJ-nin tarixinə düşdü
Fransanın "Pari Sen-Jermen" klubunun hücumçusu Zlatan İbrahimoviç komandanın tarixində ən çox futbolçu olub. Musavat.com "Fran Press"ə istinadən xəbər verir ki, o, portuqaliyalı Pedru Pauletanın rekordunu təzələyib. 
 
İbrahimoviş Fransa çempionatının 10-cu turu çərçivəsində "Marsel"lə oyunda özünün PSJ heyətindəki 109-cu və 110-cu qollarını vurub. İsveçli futbolçu hər iki halda penaltidən fərqlənib. 
 
2012-ci ildən PSJ-də çıxış edən Zlatan İbrahimoviç 2003-2008-ci illərdə PSJ-də oynamış Pedru Pauletanın nailiyyətini üstələyib. 
Cia.az