2015-ci ilin parlament seçkiləri ilə bağlı bir sıra gözləntilər var. Bəzi analitiklər parlamentin yeni çağırışının xeyli gəncləşəcəyini, yaşlı deputatların yerini gənclərin tutacağını deyirdilər. Lakin namizədlərin irəli sürülməsi prosesi bunun əksini göstərdi. Milli Məclisin hazırkı tərkibində təmsil olunan bir neçə gənc deputat seçki marafonuna qatılmadı, bəziləri "vuruldu". Yaşlı deputatların isə əksəriyyəti daha beş il mandat daşımaq niyyətindədir.
Fəaliyyətdə olan gənc deputatlardan aşağıdakılar 1 noyabr 2015-ci il seçkilərinə qatılmadılar:

Aslan Cəfərov

Etibar Hüseynov

Leyla Abdullayeva

Aydın Abbasov

Ceyhun Osmanlı
Aşağıdakı yaşlı deputatlar isə parlamentin növbəti çağırışında da yer almaq iddiasındadırlar:

Zeynəb Xanlarova

İlyas İsmayılov

Fəttah Heydərov

Elxan Süleymanov

Ziyad Səmədzadə

Ağacan Əbiyev
.jpg)
Yaqub Mahmudov
Rafiq Məmmədhəsənov

Xanhüseyn Kazımlı

Arif Rəhimzadə

Yevda Abramov
Onu da qeyd edək ki, deputatlığa namizədliyini irəli sürənlər arasında gənclərin sayı az deyil. Amma, onlardan neçəsinin deputat seçiləcəyi hələlik məlum deyil. Milli Məclisin yeni tərkibinin orta yaş həddi seçkilərin nəticələrindən sonra bəlli olacaq.
Cia.az
