|
Türkiyə daha 2 milyon qaçqını qarşılayacaq

Türkiyə daha 2 milyon suriyalı qaçqına sığınacaq verəcək.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" qəzeti yazıb. Məlumata görə, Avropa Birliyi və Türkiyə hökuməti miqrant axını ilə bağlı yeni strategiya hazırlayıb. Türkiyə tərəfi Yunanıstana keçmək istəyən miqrantların qarşısı alınacaq, onlar birbaşa Türkiyəyə qaytarılacaq. O cümlədən, Türkiyədə suriyalı qaçqınlar üçün altı yeni düşərgə qurulacaq.

Bununla bağlı ABŞ hökumətinin Türkiyəyə maliyyə yardımı ayırması da nəzərdə tutulub.

Cia.az