|
Bakıda 15 yaşlı qız evdən 2900 dollar və qızılları götürərək, qaçıb
Bakıda maraqlı hadisə baş verib. 15 yaşlı qız evlərindən nəğd pul, qızıl və mobil telefon götürərək qaçıb. 
Hadisə bir neçə gün əvvəl Yasamal rayonu ərazisində baş verib. 
 
Gecə saat 2 radələrində 2-ci Alatava yaşayış massivində yaşayan 2000-ci il təvəllüdlü Zərifə Nəcəfova (ad şərtidir) evdən qaçıb.
 
Hadisədən xəbər tutan ailə üzvləri polisə məlumat veriblər. 
 
Məlum olub ki, qız evdən qaçarkən 2900 dollar pul, 2400 manat dəyərində qızıl və mobil telefonları da götürüb.
Cia.az