|
Başından arı sancdı və öldü
Kayserinin Bünyan rayonunda kafedə oturan 43 yaşlı zavod işçisi Cəmalləddin Lalə, arı sancması nəticəsində ölüb. 
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Bünyan rayonu Büyüktuzhisar məhəlləsində baş verib. Evli və 2 uşaq atası olan Cəmalləddin Lalə adlı şəxs, kafedə oturduğu zaman başından arı sancıb. Bir müddət sonra pisləşən Laləni, ətrafdakı vətəndaşlar xəstəxanaya aparıblar. 
 
Arı sancan şəxsin ürəyi dayanıb. Həkimlər təxminən bir saat ərzində onu həyata qaytarmağa çalışıblar. Lakin bütün müdaxilələrə baxmayaraq Cəmalləddini xilas etmək mümkün olmayıb.
 
Sonradan məlum olub ki, C.Lalənin arıya qarşı allergiyası varmış. Buna görə də, arının sancması onun həyatına son verib.  
Cia.az