|
Yeniyetmə ömürlük həbs cəzası aldı
Avstraliyada veteranlar günündə keçirilən parad vaxtı polislərin başını kəsmək niyyətində təqsirləndirilən 15 yaşlı Britaniya vətəndaşı ömürlük həbs cəzasına məhkum olunub.
 
ANS PRESS-in məlumatına görə, 15 yaşlı hazırda terorçuluqda ittiham edilən ən gənc britaniyalıdır. 
 
Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb. Gənc olduğuna görə adı açıqlanmayan yeniyetmə cəzanın 5 ilini terrorçuluqda ittiham edilən şəxslərin həbsxanasında keçirməli olacaq. Məlumata əsasən, müttəhim Avstraliyada əlaqə saxladığı və cihadçı olduğu deyilən başqa bir şəxsə başlarının kəsilməsi yolu ilə polisləri qətlə yetirməyi təklif edib.
 
Məhkəmədə bildirilib ki, polisin vaxtında müdaxiləsi olmasa idi, gənc planlarını gerçəkləşdirə bilərdi. 
Cia.az