|
Bağdadda iki partlayış nəticəsində 24 nəfər ölüb
İraqın paytaxtı  Bağdadda iki partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 61 nəfər yaralanıb.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
 
Məlumata görə, partlayışlar 3 terrorçu-kamikadze tərəfindən Adan meydanındakı nəzarət-buraxılış məntəqəsində törədilib.  
Cia.az