|
Rusiyada ərzaq talonları qayıdır
Rusiya hökuməti aztəminatlı ailələrə əlavə dəstək məqsədilə ərzaq talonları sistemini tətbiq eləmək barədə düşünür. 
Bu barədə bu gün baş nazir Dmitri Medvedyev ölkədəki sosial-iqtisadi durumdan danışarkən bildirib.
“Belə bir ideya var. Onun müsbət və mənfi tərəfləri mövcuddur. Biz onu həqiqətən də müzakirə edirik. Bax belə “vauçer” adlanan şeylərdən istifadə oluna bilər. Görürsünüz, Amerika – varlı dövlətdir, ancaq bunlardan istifadə edir” - qeyd edib baş nazir.
 
Onun sözlərinə görə, belə “vauçer”lərin qara bazarı haqda qabaqcadan fikirləşmək və qarşısını almaq lazımdır.
Cia.az