|
AFFA-dan müraciət:
AFFA Azərbaycan - İtaliya oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Musavat.com AFFA-nın rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu ilə əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:
 
- Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar;
 
- Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq.
Cia.az