|
İki nəfəri avtomobillə vuran sürücü hadisə yerindən qaçıb
Bakıda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, Milli Olimpiya Komitəsinin yaxınlığında naməlum avtomobil Emil Quliyev və Rəşad Bədəlov adlı şəxsləri vurub. Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az