|
Nigeriyanın paytaxtında iki partlayış baş verib, ölənlər var
Nigeriyanın paytaxtı Abuca şəhərində bir-birinin ardınca iki partlayış törədilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər var.
 
İlkin məlumata əsasən, polis məntəqəsi və avtobus dayanacağı yanında yerləşdirilən partlayıcı qurğular yerli vaxtla saat 22:30 radələrində işə salınıb.
 
Nigeriya fövqəladə hallar Agentliyi ölənlərin olduğunu bildirsə də, onların sayı barədə hələ ki, məlumat verməyib. 
Cia.az